25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycan - Polşa: oyundan öncə məşqçilər nə dedilər?

Qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Polşa oyunundan əvvəl hər iki komandanın baş məşqçisi fikirlərini AFFA-nın rəsmi saytı na açıqlayıb

Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Siyasət Əsgərov oyunu rəqibin üslubuna görə quracaqlarını bildirib: “Rəqibin gücü hamıya bəllidir. Qrupun ən güclü komandası İspaniya ilə evdə 0:0 hesablı heç-heçə ediblər. İspaniyanın isə  adın futbolunda hegemon olması heç kimə sirr deyil. Polşa millisi də onlardan geri qalmır. Heyətində Avropanın aparıcı klublarıbda çıxış edən futbolçuları var. Çətin oyun olacaq. Cəzalı futbolçularımızın olmasına baxmayaraq, komanda olaraq oyuna tam hazırıq. Çalışacağıq ki, evdə keçirdiyimiz oyunda xal qazanaq.

Polşanın qrupda keçirdiyi oyunları izləmişik. Müdafiədə, hücumda necə oynadıqlarını bilirik. Əsasən sürətli oyuna üstünlük verirlər, uzun ötürmələrdən istifadə edirlər. Rəqibin oyun üslubuna görə öz oyunumuzu quracağıq”.

Rəqibin çalışdırıcısı Milosz Stepinski isə iki ölkə arasındakı saat fərqini qabardıb: “Uçuşumuz uzun çəksə də, nəhayət Azərbaycandayıq. İki ölkə arasında saat fərqinə rəğmən uyğunlaşdığımızı deyə bilərəm. Sabah qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Azərbaycanın İspaniya və Çexiya ilə oyunlarını izləmişik. Bizim üçün çətin oyun olacaq. Rəqib çox intizamlı və gənc komandadır. 5-4-1 taktiki düzülüşü ilə mübarizə aparır. Xüsusən, müdafiədə daha yaxşı təsir bağışlayır. Azərbaycanın Moldova yığmasına məğlub olmasına baxmayaraq, daha yaxşı təsir bağışlamışdı. Oyuna tam hazırıq, bununla belə, gözləmədiyimiz nəticə ilə qarşılaşa bilərik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30