29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

PFL-dən rəsmi açıqlama: Premyer Liqamızın oyunları azarkeşsiz keçiriləcək

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək 21-ci və martın 21-22-də təşkil olunacaq 22-ci turun görüşlərinin boş tribunalar önündə keçirilməsini məqsədəuyğun sayıb.

Üçüncü dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” - “Qəbələ” və “Sabah” - “Keşlə”, ertəsi gün “Sumqayıt” - “Səbail” və “Neftçi” - “Zirə” matçları keçiriləcək.

Dördüncü dövrə isə martın 21-dəki “Zirə” - “Sumqayıt” və “Səbail” - “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” - “Qarabağ” və “Qəbələ” - “Sabah” matçları tamaşaçısız keçiriləcək.

Birinci divizionun isə 19 və 20-ci turunun oyunları azarkeşsiz olacaq.

PFL prezidenti Ramin Musayevin imzaladğı əmrə əsasən oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31