29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Polşa millisinin baş məşqçisi: "Azərbaycanla oyunda başımızı divara vuracağıq"

"Ağır oyun olacaq. Rəqib müdafiədə yaxşı təşkilatlanmış komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri qadınlardan ibarət Polşa yığmasının baş məşqçisi Miloş Stempinski martın 11-də Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri AVRO-2021-in seçmə oyunu barədə danışarkən deyib.

35 yaşlı mütəxəssis bildirib ki, səfərdə qol vurmaq çətin olacaq: "Rəqib boş zona verməmək üçün üzərimizə çox gəlməyəcək və bizə müqavimət göstərəcək. Buna görə də qol vurmaq çətin olacaq. Moldova ilə qarşılaşmadan fərqli olaraq, Bakıda 5:0 hesablı qələbə qazanmayacağıq. Başımızı divara vuracağıq".

M.Stempinski ən azı minimal hesablı qələbə üçün sonadək mübarizə aparmalı olduqlarını vurğulayıb: "Qarşıdakı oyunda heyətlə bağlı bir neçə dəyişiklik olacaq. Çünki bəzi futbolçular Moldova ilə matçda gözlədiyimdən zəif oyun göstərdilər. İspaniya hücum bölgəsində başla bizdən daha yaxşı oynayır. Evdə Azərbaycan üzərində 4:0 hesablı qələbə qazansalar da, əziyyət çəkdilər. Azərbaycan yığmasına heç olmasa, 1 qol vurmaq üçün çox çalışmalıyıq. Qızlara öz qapısından 30 metr məsafədə müdafiə olunan rəqibi udmağın yolunu göstərə bilərəm. Amma komandalar bu məsafəni 15 metrə kimi azaldanda vəziyyət çətinləşir. Bunun üçün kiçik sahədə oynamağı bacarmalısan".

Qeyd edək ki, martın 11-də "ASK Arena"da keçiriləcək Azərbaycan - Polşa oyunu saat 18:00-da başlayacaq. Çexiya, Moldova, Polşa və İspaniya ilə birgə D qrupunda yer alan yığma seçmə mərhələdəki ilk matçında səfərdə pireneylilərə 0:4 hesabı ilə uduzub ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31