20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Premyer Liqada 31-ci, evdə 20-ci

“Qəbələ” Azərbaycan Premyer Liqasının XX turunda “Sumqayıt”ı qəbul edib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib. Bu, “Qəbələ”nin mövsümdə ən böyükhesablı qələbəsidir. Əyalət təmsilçisi həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.

Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.

Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.

“Qırmızı-qaralar” cari mövsümdə Premyer Liqada 3-cü belə qələbəsini qazanıb. XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən komanda hər iki rəqibi üç cavabsız qolla məğlub edib. “Sumqayıt” üzərində qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 fərqli qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.

“Sumqayıt”la oyun “Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır. İndiyədək komanda yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.

“Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi matçlar:

21.09.2005. Birinci divizion. Göy-Göl (Xanlar) - Şərur (Bakı) - 8:0

10.05.2006. Birinci divizion. Gilan (Xanlar) - Energetik (Mingəçevir) - 6:0

16.10.2006. Azərbaycan kuboku. Gilan (Qəbələ) - Şahdağ (Quba) - 6:0

11.11.2007. Premyer Liqa. Gənclərbirliyi (Sumqayıt) - Qəbələ - 0:6

04.10.2015. Premyer Liqa. Qəbələ - Xəzər Lənkəran - 6:0

03.12.2015. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 7:0

10.09.2016. Premyer Liqa. Neftçi (Bakı) - Qəbələ - 0:8

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:6

29.11.2017. Azərbaycan kuboku. Qəbələ - Mil-Muğan (İmişli) - 8:0

07.03.2020. Premyer Liqa. Qəbələ - Sumqayıt - 5:0

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30