19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Zaur Həşimov: “Oyuna yaxşı başladıq, amma...”

“Son turlar "Səbail" inamlı çıxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail"lə oyundan sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbəni belə şərh edib: "Oyuna yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik".

Z.Həşimov oyuna sonradan daxil olaraq qol vuran  Şafik Tiqrudjaya qış fasiləsindən sonra az şans verməsindən danışıb. O,  fransalı yarımmüdafiəçi ilə heç bir probleminin olmadığını bildirib: "Sadəcə, uzun müddətdir zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30