25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Sumqayıt"da olduğum müddət ərzində ən pis oyunumuz idi"

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Qəbələ"yə səfərdə 0:5 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, 39 yaşlı məşqçi məyus olduğunu gizlətməyib: "Rəqibi təbrik edirəm. Bizdən daha yaxşı oynadı. "Sumqayıt"da olduğum müddət ərzində ən pis matçımız idi".

Abbasov məsuliyyəti üzərindən atmadı: “Oyunçuları da başa düşürük. "Qəbələ"nin belə qələbələri var idi. Uşaqları bu görüşə hazırladıq. Güclü bir zərbə aldıq. Vəziyyətdən çıxmaq lazımdır. Bunlar mənim futbolçularımdır. Heç kəsi günahlandırmayacam. Bu uşaqlar Kubokun yarımfinalınadək irəlilədilər. Məsuliyyəti tam olaraq üzərimə götürürrəm. Şikayət etmirəm, amma Vurğun Hüseynov zədəlidir, Mehdi Şərifi xəstələndi, Cəmaləddin Xocaniyazov 4 sarı vərəqə səbəbindən oyunu buraxdı. Belə matçlarda futbolçular möhkəmlənir".

Gənc məşqçi klub prezidenti Riad Rəfiyevin final fiti səslənməsini gözləmədən stadionu tərk etməsini təbii hal sayıb: "Bəlkə də nəticə ona təsir etdi. Bəli, Antalyada baxımlı futbol nümayiş etdirdik. Amma çempionat və yoxlama oyunları çox fərqlidir. Əksər futbolçuların təcrübəsi azdır. Toparlanmaq lazımdır. Sumqayıta gəldikdən sonra həm bu matçı, həm də komandayla bağlı bütün vəziyyəti müzakirə edəcəyik".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30