20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elmar Baxşıyev: “Avropa Liqası haqqında düşünmürük”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində evdə "Sumqayıt" üzərində 5:0 hesablı qələbədən mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, 40 yaşlı mütəxəssis göstərilən oyundan məmnun olduğunu gizlətməyib: "Nəticə də bizim üçün gözlənilməz oldu. "Sumqayıt" ciddi rəqibdi. Uşaqların planlaşdırılan oyunu göstərdiklərinə görə şadam".

Son ev oyununda azarkeşlər Baxşıyevin istefasını tələb etdilər: “Bu, oyuna təsir etmədi və bizi daha yaxşı oynamağa məcbur etdi. Sadəcə, yeni futbolçularımız var ki, onlara vaxta ehtiyacı var. Klesio Baukla bağlı onu deyə bilərəm ki, daha yaxşı oynaya bilər. Bu, normaldır ki, Nikolas Raysel penalti vurmaq qərarına gəldi. Axı o, hücumçudur!”

Maraqlıdı, "Qəbələ" oyunu rəqib müdafiəçi Elvin Bədəlov üzərində oyunu qurmuşdu? Baxşıyevi dinləyək: "Qoy, bu, sirr olaraq qalsın. İvitsa Juniçi əvəzlədik. Risk etmək istəmirdim, onsuz da futbolçularımız çox azdı. Avropa Liqası haqqında düşünmürük. Sadəcə, hər oyunda yaxşı nəticə göstərməyə çalışırıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30