19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ” - “Sumqayıt”: 32-ci duel

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” öz meydanında “Sumqayıt”la qarşılaşacaq. “Qırmızı-qaralar”ın ev matçı bu rəqiblə 32-ci görüş olacaq.

İndiyədək komandalar 31 dəfə üz-üz gəlib. Əvvəlki matçlarda “Qəbələ” 18 qələbə qazanıb, 9 heç-heçə edib və 4 dəfə məğlub olub. Rəqib qapısından 49 top keçirən “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda yubiley - 50-ci qola imza ata bilər. Komanda “Sumqayıt”la görüşlərdə 24 qol buraxıb. Bu matçlarda “Qəbələ”nin ən yaxşı bombardiri Viktor Mendi 7 qol vurub.

“Qırmızı-qaralar” Sumqayıtın eyniadlı təmsilçisi ilə 30 dəfə çempionat, 1 dəfə kubokda görüşüb. Premyer Liqada 17 qələbəsi olan “qırmızı-qaralar” 9 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 48 top keçirən “Qəbələ” futbolçuları 24 qol buraxıb.

16-cı dəfə “Sumqayıt”ı qonaq edəcək “Qəbələ” öz meydanında keçirdiyi 15 oyunun 11-də qələbə qazanıb. 3 heç-heçə edən meydan sahibləri 1 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb - 26:9.

Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30