29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov İddiaçılar Turnirində iştirakdan imtina edib.

Futbolxeber.az saytının məlumatına görə, tanınmış qrossmeyster şəxsi səbəblərdən bu addımı atıb. O, qərarı barədə FIDE-ni də xəbərdar edib. Ali şahmat qurumu Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.

Chess24.com saytının rəsmi Twitter səhifəsi şayiələrə əsaslanaraq, 33 yaşlı şahmatçının bu qərarı koronavirusla bağlı situasiya üzündən qəbul etdiyini yazıb. Daha əvvəl çinli şahmatçı Van Hao FIDE-ni İddiaçılar Turnirini ləğv etməyə çağırıb.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı. Yarış martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək. Turnirdə ümumilikdə 8 şahmatçı - Fabiano Karuana (ABŞ), Aniş Giri (Niderland) Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk, Yan Nepomnyaşi, Kirill Alekseyenko (hamısı Rusiya), Dinq Liren və Hao Yanq (hər ikisi Çin) iştirak edəcəklər. Yarışın qalibi norveçli dünya çempionu Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31