23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Millimizin baş məşqçi məsələsində son durum: sürpriz əcnəbi

YIĞMANI YERLİ MƏŞQÇİNİN ÇALIŞDIRMASI MÜZAKİRƏ MÖVZUSU DEYİL

Nikola Yurçeviçin gedişindən sonra AFFA-nın yeni baş məşqçi axtarışları hələ də yekunlaşmayıb.

Bir müddət əvvəl də açıqlandığı kimi, AFFA-nın son siyahısında 6 əcnəbi məşqçinin adı yer alırdı. Onlardan üçünün adı müəyyənləşmişdi - Abdulla Avcı, Cianni de Biazi və Çezare Prandelli. Lakin digər 3 mütəxəssisin kimliyi gizli saxlanılır.

Hətta AFFA-nın bu 6 məşqçi barədə məlumat topladığı, toplanan məlumatların İcraiyyə Komitəsinin növbəti toplantısında üzvlərə təqdim ediləcəyini də yazmışdıq.

Futbolxeber.az saytı baş məşqçi məsələsi ilə bağlı son durumu öyrənə bilib. İlk növbədə onu qeyd edək ki, son günlər ölkə mətbuatında millini yerli məşqçinin çalışdıra biləcəyi barədə informasiyalar yayılıb. Lakin əminliklə bildiririk ki, millinin yeni baş məşqçisi əcnəbi mütəxəssis olacaq. Hər hansı yerli məşqçinin millini çalışdırması müzakirə mövzusu deyil.

Digər maraqlı məlumat isə odur ki, yığmamızın yeni çalışdırıcısı 6 nəfərlik siyahıdan olmaya da bilər. İstisna deyil ki, milli sürpriz bir mütəxəssisə tapşırılsın. Hansı ki adı daha əvvəldən namizəd olan 6 məşqçinin arasında yer almırdı.

Sonda onu da bildirək ki, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının martın 18-nə qədər keçiriləcəyi dəqiqdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30