20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Millətlər Liqasındakı rəqiblərimiz: tarixə səyahət və ya statistika nə deyir?

Dünən Amsterdamda UEFA Millətlər Liqasının püşkü atıldı. Futbolxeber.az saytının məlumatına görə, C liqasında mübarizə aparacaq Azərbaycan yığması da rəqiblərini tanıdı. Püşkün nəticəsinə əsasən, millimiz 1-ci qrupda Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparacaq.

3-CÜ RƏSMİ DUELDƏ KİM SEVİNƏCƏK?

Milli komandamızın oyunlarının tarixinə səhayət etsək, görərik ki, bu günə qədər millimiz qrupdakı rəqiblərindən yalnız Lüksemburqla rəsmi oyunlarda üz-üzə gəlib. Bu, DÇ-2014-ün seçmə mərhələsinə təsadüf edir. Həmin vaxt Lüksemburq millisi F qrupunda rəqiblərimizdən biri idi.

Yığmamız bu rəqibə qarşı ilk oyunu səfərdə keçirib. 2013-cü il martın 22-nə təsadüf edən və “Stade Josy Barthel”də oynanılan qarşılaşmada hesab açılmayıb. Həmin il iyunun 7-də baş tutan matçda da qalib aşkarlanmayıb. “Bakcell Arena”da yığmamız 71-ci dəqiqədə Ruslan Abışovun qolu ilə hesabda önə keçsə də, sona 10 dəqiqə qalmış Lüksemburq yığması Bensinin sayəsində məğlubiyyətdən qaçıb - 1:1.

Daha bir dəfə isə millimiz Lüksemburqla yoxlama oyununda üz-üzə gəlib. Bu görüş 2010-cu il martın 3-də reallaşıb. Səfərdə oynamasına baxmayaraq, millimiz “Stade Josy Barthel”dən qələbə ilə ayrılıb. 24-cü dəqiqədə Fərid Quliyev və 37-ci dəqiqədə Elvin Məmmədovun vurduğu qollar komandamıza 2:1 hesablı qələbə qazandırıb.

SERBİYASIZ ÇERNOROQİYA

Çernoqoriya və Monteneqro deyiləndə, futbol azarkeşlərimiz ilk növbədə 2003-cü ili xatırlayırlar. Həmin vaxt hələ Serbiya və Çernoqoriya adlanan ölkənin yığması ilə oyunlarda millimiz həmin dövr üçün fantastik sayıla biləcək nəticələr qazanmışdı. Rəqibin heyətində dünya ulduzları meydana çıxdığı halda, Azərbaycan futbolunda xaos hökm sürürdü. Səfərə yarımcan heyətlə yollanmasına baxmayaraq, Əsgər Abdulayevin komandası fevralın 12-də Podqoritsa da 2:2-lik bərabərliyə nail olmuşdu. Qurban Qurbanovun dublu yığmamıza 1 xal qazandırmışdı. Təxminən 4 ay sonra Bakıda baş tutan matçda isə Qurban Qurbanov və Fərrux İsmayılovun qolları millimizə 2:1 hesablı qələbə gətirdi.

Serbiyadan ayrıldıqdan sonra Monteneqro ilə yeganə qarşılaşmamız 2010-cu ilə təsadüf edir. Noyabrın 17-də Podqoristada baş tutan yoxlama oyununda Pejoviç və Becirajın vurduğu qollar millimizin meydanı 0:2 hesablı məğlubiyyətlə tərk etməsinə səbəb olub.

YAD RƏQİB

Qrupdakı digər 2 yığmadan fərqli olaraq, Kiprlə heç vaxt üz-üzə gəlməmişik. Nə rəsmi, nə də yoxlama oyunlarında. Yalnız bir dəfə yığmamız Kiprin U-21 millisi ilə yoxlama matçında qarşılaşıb. 1996-cı il fevralın 20-də Kiprin Strovolos şəhərində baş tutan həmin matçda millimiz 2:0 hesablı qələbə qazanıb. Yığmamızın hər iki qoluna Vladislav Qədirov imza atıb.

Hazırladı: İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30