29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Gerye fərdi məşqlərə başladı

"Neftçi” Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşacağı "Sabah”la oyunun hazırlığına başlayıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Səbail”lə görüşdən sonra bərpa məşqi edən kollektiv fasilə vermədən bu gün məşqə çıxıb. Əvvəlcə inzibati binadakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən futbolçular ardından "Türk Hava Yolları Futbol Mərkəzi”ndə toplu çalışmaları yerinə yetiriblər. Mamadu Mboc zədəli olduğu üçün məşqdə iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb. Hazırlıq martın 4-də bir məşqlə davam edəcək.

Qeyd edək ki, martın 7-də "Bakcell Arena”da keçiriləcək "Neftçi” - "Sabah” oyunu saat 18:00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31