23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Çox istəyərdim ki, bu məsələ, AFFA ilə aramda sakitcə həll olunsun, ictimailəşməsin”

Fevralın 24-da Bakı Diaqnostika Mərkəzinin Ürək-Damar Cərrahiyəsi şöbəsində əməliyyat olunan veteran futbolçu Səmədağa Şıxlarovun müsahibəsi

- İndi özünüzü necə hiss edirsiniz?

- Şükür, artıq yaxşıyam. Gəzə bilirəm, özümü yaxşı hiss edirəm.

- Səmədağa müəllim,  xəbəriniz varmı, sizin əməliyyatın məbləği AFFA tərəfindn tam ödənib?

- Hələ yox.

- Az əvvəl AFFA-ya müraciətimiz əsasında köçürmə sənədini əldə etdik və dərc etdik. 6000 manat hələ fevralın 25-də, yəni əməliyyatnızın səhəri günü köçürülüb. Bir müddət sonra da klinikanın hesabına “oturub”...

- Bəli, mənə srağagün AFFA-nın milli komandalar üzrə baş həkimi Vyaçeslav Xomenko zəng etmişdi. Dedi ki, pul klinikanın hesabındadır.

- Deməli,  bu haqda sizə şəxsən də məlumat verilib. Bəs açıqlamalar verilir ki, pul köçürülməyib. Həm də xoşagəlməz hal əmələ gəlir bununla. Sanki ortada pul davası gedir...

- Mən çox istəyərdim ki, bu məsələ AFFA ilə mənim aramda sakitcə həll olunsun. Heç istəmirəm ictimailəşsin. Sadəcə, əməliyyatdan bir müddət əvvəl müraciət etdim, kömək istədim. Pul əməliyyatdan öncə köçmədiyi üçün bir az narahat oldum. Borc-xərc tapdıq, birtəhər düzəltdik məbləği.

- Amma AFFA tərəfi iddia edir ki, əməliyyat günü haqda əvvəldən xəbər verilməyib onlara. Çekə baxanda da görünür ki, əməliyyatın səhəri köçürmə olub. Deməli, məqsəd yubatmaq və ya boyun qaçırmaq olmayıb. Bilmək istədiyimiz odur ki, qurumla aranızda problem yoxdur ki?

- Mən hələ evdən çıxa bilməmişəm. Klinika ilə məsələlər tam həll edilsin, dəqiq məlum olacaq hər şey. AFFA ilə aramda nə problem ola bilər ki. Əvvəldən də demişdim ki, mən sadəcə müraciət edirəm. Kömək etsələr də, etməsələr də, burda faciəvi bir şey yoxdur. Bunu əvvəldən bildirmişdim.

- Siz veteransınız, gücünüz çatmırsa, onda həyati əhəmiyyətli məsələdə köməklik edilməlidir. Sadəcə, proses çox şişdi sanki. Məcrası xoşagəlməz hala gəldi. İctimai müzakirələrə çıxması yaxı görünmür...

- Qəti istəmərəm belə olsun.

- Deyilənə görə, pulu götürməyəcəksiniz...

- Yox, əzizim, mən o məbləği yaxınlarımdan borc alaraq ödəmişəm. Əgər pul klinikanın hesabındadırsa, inşallah, götürəcəyəm onu.

- Bir məsələni də dəqiqləşdirmək istərdim. İddia olunur ki, siz 5-ci dəfədir ürək əməliyyatına məruz qalırsınız. Nəzəriyyədə bir az doğru olmur bu. Beş dəfə ürəkdən?

- Yox, mən ayağımdan və qasıq nahiyəmdən göbəyədək damar əməliyyatı olmuşam. Budəfəki əməliyyat ürəkdən deyildi.

- Allah şəfa versin!

- Çox sağ olun.

Mənbə: futbolpress.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30