28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AFFA Nazim Süleymanovun yalan danışdığını faktla sübut etdi

Ötən həftə futbol veteranı Səmədağa Şıxlarov ürəyindən əməliyyat olundu. Bu əməliyyatın xərclərinin AFFA tərəfindən qarşılanacağı, lakin sonradan assosiasiyanın sözünü tutmadığı haqda iddialar səsləndi.

Ötən həftə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Futbolxeber.az saytına açıqlamasında əməliyyat üçün lazım olan pulun müvafiq klinikanın hesabına köçürüldüyünü bəyan etmişdi.

Lakin bundan sonra da pul məsələsi ilə bağlı məsələnin müzakirəsi səngimədi. Nəhayət, bu gün Firuz Abdulla sözügedən sənədi - müvafiq köçürməni təsdiq edən çeki təqdim edib.

Sənəddən də göründüyü kimi, 6000 AZN AFFA tərəfindən Respublika Diaqnostika Mərkəzinin hesabına köçürülüb.

Lakin qəribədir ki, futbol veteranı Nazim Süleymanov bu gün mətbuata açıqlamasında Firuz Abdullanı yalan danışmaqda ittiham edib və bildirib ki, AFFA əməliyyatla bağlı heç bir ödəniş etməyib. Nazim bəyin hansı səbəbdən belə bir iddia ilə çıxış etdiyini bilmirik. Amma sənəddən hər şey açıq-aşkar görünür: kimin düz, kimin yalan danışdığı...

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31