23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA-dan AVRO-2020 ilə bağlı növbəti tender

AVRO-2020-nin 4 oyununun Bakı şəhərində keçirilməsi ilə əlaqədar AFFA növbəti tender elan edib.

Futbolxeber.az saytının məlumatına görə, məqsəd şəhər və hava limanı ərazisində fəaliyyət göstərəcək işçi heyətinin və könüllülərin yeməklə təminatının təşkilidir.

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmək lazımdır. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb olunanların müvafiq tarixə qədər təhvil veriləcəyinə dair zəmanət məktubunu 1 aprel saat 18:00-dək [email protected] elektron ünvanına göndərə bilər.

Aşağıda göstərilənlərin təqdim olunması vacibdir:

- Ölkədə müvafiq sahə üzrə sertifikatlaşdırma aparmağa səlahiyyətli orqan tərəfindən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış;

- Qida və içki məhsullarının qida təhlükəsizliyi sertifikatı;

 İstifadə edilən avadanlıqlar, cihazlar, qablar və digər təchizat vasitələrinin sanitariya normaları və qaydalarına, gigiyena normativlərinin tələblərinə uyğun olmasını göstərən zəmanət məktubu;

- Məhsulların istehsalının, eləcə də istehlakına cəlb olunan işçilərin texniki normativ hüquqi aktların məcburi tələblərinə uyğun olaraq, xüsusi hazırlıq və profilaktiki tibbi müayinədən keçməsini göstərən hüquqi qüvvəyə malik təsdiqedici sənəd.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30