29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bordin: “Azərbaycanda bizdən başqa heç bir klub buna nail olmamışdı”

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına geniş müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis Azərbaycanla bağlı sulları da cavablandırıb. O, əvvəlcə hələ “Şerif”də çalışdığı vaxt Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la mübarizələrindən (0:0, 1:2) danışıb:

“Avrokuboklarda təcrübəsi olan çox yaxşı bir kluba rəqib olduq. Həmin vaxt onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi yüksəldilər. İlk görüşdə uduzmasaq, qol buraxmasaq da, bizim üçün çox çətin idi. Düzünü deyim, onda bu heç-heçəni qazanmaq üçün çox çalışmalı olduq. Evdə “Qarabağ” heç-heçədən daha çox qələbəyə yaxın idi. İkinci oyunda iki yaxşı qol imkanımız oldu. Kim bilir, onlardan istifadə etsəydik, onda hər şey tam fərqli ola bilərdi. Həmin vaxt rəqib açılacaqdı və onları əks hücumlarda tuta bilərdik. Lakin bunun əvəzində kobud səhvə yol verərək qol buraxdıq. Sonda nə baş verdiyi məlumdur".

Bordin daha sonra “Şerif”dən “Neftçi”yə keçidi barədə sualı cavablandırıb. O, “ağ-qaralar”a gəldiyi üçün peşman olmadığını deyib: "Heç vaxt peşman olmamalısan. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Tula "Arsenal"ını məğlub etdik, hətta evdə 3:0 hesablı qələbəylə. Azərbaycanda heç bir klub avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq biz buna nail olduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, "Şerif" mənə çox şey vermiş olduğu kimi, mən də "Şerif"ə çox şey verdim. Belə bir komandaya dəvət olunduğum üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür. "Şerif"lə münaqişəm yox idi. Həqiqətən də İtaliyada həll edilməli olan bəzi məsələlər var idi. Bunlar doğrudan da ailəylə bağlı idi. Bunları bir aya həll edə bildik, bundan sonra İtaliyada qalmağım artıq vacib deyildi. Bu müddətdə "Şerif"lə müqaviləm başa çatdı, sərbəst idim və aldığım bütün təklifləri nəzərdən keçirirdim. Ən çox "Neftçi" variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada "Şerif" kimi böyük bir klubu tərk etmək qərarına gəldim".

Bordin "Şerif"dən "Neftçi"yə gətirdiyi Moldova millisinin müdafiəçisi Petr Rakunun paytaxt təmsilçisindən tez ayrılmasının səbəbini belə izah edib: "Raku kimi bir futbolçu istənilən məşqçi üçün bir tapıntıdır. "Şerif"də mənə çox kömək etdi və hər şey üçün ona minnətdaram. Bu, yalnız yaxşı bir futbolçu deyil, həm də həmişə köməyə gələn bir insandır, hər vəziyyətdə ona güvənə bilərsən. Oyuna gəlincə, xahiş etdiyim zaman dayaq yarımmüdafiəçisi kimi də çıxış edirdi, mərkəz müdafiəçisi kimi də, sağ cinah müdafiəçisi kimi də. İnsani keyfiyyətlərini də bilərək bizim rəhbərliyi onu "Neftçi"yə yarım illiyə gətirməyə inandıra bildiyim üçün sevindim. Müqaviləsi 6 aylıq idi və rəhbərlik uzatmamağı qərara gəldi.  Ancaq Petrini izləməkdə davam edirəm. Bilirəm ki, sonra Rumıniyaya yollandı, indi də Moldovanın başqa bir klubuna qayıdıb".

Xatırladaq ki, 2018-ci ildən "Neftçi"ni çalışdıran Roberto Bordin bu ilin yanvar ayında istefaya göndərilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31