28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: “Son dəqiqədə xarakter göstərdik”

"Oyunun çətin keçəcəyini bilirdik. Qışdan sonra məğlub olmayan iki komandadan birinə qarşı oynadıq. Yaxşı çıxış etdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 19-cu turunda "Neftçi" ilə oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesabı ilə başa çatan görüşü belə şərh edib: "Əvəzetmədən meydana daxil olan futbolçular ümumi plandan qopmadılar. Hücumda çoxalmağın çətin olacağını anlayırdıq. Son dəqiqədə xarakter göstərdik. Hər bir xal bizim üçün önəmlidir. Futbolçuları göstərdikləri xarakterə və qələbəyə görə təbrik edirəm. Rəqibə də uğurlar arzulayıram".

A.Hacıyev yeni transfer Rauf Əiyevin qol vurmasına sevindiyini bildirib: "Qoldan sonra aktivliyi artırdıq. Standart vəziyyətdən fərqləndik. Sevinirik ki, qolu da Rauf Əliyev vurdu. Bu, onun özünə inamını artıracaq. Maykl Essyenin ayağında ağrı olduğuna görə əvəzləndi. Sabah müayinədən sonra hər şey bəlli olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31