29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Füzuli Məmmədov: “Bir səhv komandamızı qələbədən məhrum etdi”

"Çətin olacağını bilirdik. Çünki rəqibi analiz etmişdik. Futbolçulara bütün tapşırıqları vermişdik, amma sonda buraxılan bir səhv komandamızı qələbədən məhrum etdi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Nefçi"nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın 19-cu turunda "Səbail"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı bərabərlik qeydə alınan matçı belə şərh edib: "Düzdür, oyuna biz nəzarət edirdik, amma rəqib hesabda geri olduğuna görə çoxluqla hücuma atıldı ki, bu da təzyiqi artırdı. Bundan sonra futbolçularımız risk etməyib, hesabı qorumaq istəyirdilər. Amma standart vəziyyət zamanı buraxılan səhv qələbəni əlimizdən aldı. Belə hallar olur. Yolumuza davam edəcəyik. Səhvləri analiz edib, qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

F.Məmmədov müdafiə xəttindəki boşluqlardan və qapıçı Aqil Məmmədovun buraxılan qol zamanı çıxışdakı səhvindən də danışıb: "Standart vəziyyətdə rəqib futbolçunu boş buraxmaq yolverilməzdir. Qol epizodlarımız oldu. Onları qola çevirmək lazımdır ki, sonra rahat olsun. Əks halda, stress artır. Ömər Buludov daha ciddi olmalıdır. İradlarımızı bildiririk. Belə səhvlər etmək olmaz. Biz komanda oyunu oynayırıq, sadəcə, bu gün bir çox halda sonluğu düzgün yerinə yetirə bilmədik. Aqil Məmmədovun çıxışda səhv etməsinə gəlincə, buna baxacağıq. Həm Aqil, həm də Səlahət səviyyəli qapıçılardır. İkisinə də güvənirəm. Eyni sözlər, zədə üzündən bugünkü oyunu buraxan Mamadi Mbodja və Donald Geryeyə də aiddir. Onları əvəz edən futbolçular onların yoxluğunu hiss etdirməməyə çalışdılar. Gerye artıq gələn həftədən, Mbodj isə o biri həftədən məşqlərə qoşulacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31