29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“Yaxından tanış olmaq üçün Emili bura dəvət etdik”

Milli komandamızın qapıçısı Emil Balayev Norveçin "Bude-Qlimt" klubunda baxışdadır.

Futbolxeber.az saytının məlumatına görə, Norveç klubunun qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad açıqlamasında bunu təsdiqləyib.

O, bir müddətdir Balayevi izlədiklərini bildirib: "Emilin son illər Qazaxıstan və Azərbaycan klublarında yaxşı oyun təcrübəsi var. Həmçinin, Avropa çempionatının seçmə mərhələsinin son matçlarında Azərbaycan millisinin qapısını qoruyub. Yaxından tanış olmaq üçün onu bura dəvət etdik".

Norveçli məşqçi Emilin hələlik komandada məşq etdiyini və qarşıdakı günlərdə onun haqqında qərar veriləcəyini əlavə edib: "Emil haqqında həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin, bu gün komandadaxili matçda gördüklərimizi nəzərdə keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik".

Xatırladaq ki, Emil Balayev qış fasiləsində Qazaxıstanın "Tobol" klubundan ayrılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31