28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Xəzər Lənkəran"da iki ilk

 

Topaz Premyer Liqasında yaranan 17 günlük fasilə sabah başa çatacaq. Həmin gün ölkə çempionatında XXIV turun oyunları keçiriləcək. “Xəzər Lənkəran” bu dəfə öz meydanında AZAL-ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, ikinci “altılığ”ın lideri ilə qarşılaşma 2 ilklə əlamətdar olacaq.
 
Belə ki, tarixində ilk dəfə 7-12-ci yerlər uğrunda mübarizə aparmalı olan Lənkəran təmsilçisi ikinci “altılıq”da 1-ci ev oyununa çıxacaq. Lənkəran stadionunda baş tutacaq ilk belə görüş həm də yeni baş məşqçinin debütü ilə yadda qalacaq.
 
Uelsli mütəxəssis Con Toşak ilk dəfə “Xəzər Lənkəran”ı baş məşqçi kimi meydana çıxaracaq. O, komandanın AZAL-la 23-cü duelində debüt edəcək.
 
Əvvəlki 22 qarşılaşmada "Xəzər Lənkəran" aşkar üstünlüyə malikdir. 14 dəfə qalib gələn komanda 4 dəfə heç-heçə edib və eyni sayda məğlubiyyətə üzülüb. Rəqib qapısına 29 qol vuran “Xəzər Lənkəran” cəmi 12-ni buraxıb. İndi 30-cu qolun astanasında olan futbolçular bu 22 matçdan 18-ni çempionat, 4-nü kubokda keçirib.
 
Hər iki yarışda üstün olan “ağ-yaşıllar” çempionatda 12 qələbə qazanıb. Oyunların yalnız 1/3-də xal itirən komanda 3 dəfə 1 xalla kifayətlənib, eyni sayda oyunda meydanı məğlub tərk edib. Bu görüşlərdə Lənkəran təmsilçisi 24, bakılılar isə cəmi 9 dəfə fərqlənib.
 
“Xəzər Lənkəran”ın ev oyunlarında meydan sahibləri 8 qələbə qazanıb, 2 heç-heçə edib və yalnız 1 dəfə uduzub. Komanda qonaqların qapısına 17 top vurub və cəmi 7-ni buraxıb. 
 
2005/06 12.08.2005 çempionat s 2:0
2005/06 12.02.2006 çempionat e 1:0
2006/07 17.09.2006 çempionat s 2:1
2006/07 27.04.2007 çempionat e 3:2
2007/08 25.11.2007 çempionat s 0:0
2007/08 06.03.2008 kubok, 1/4 s 0:1
2007/08 20.03.2008 kubok, 1/4 e 2:0
2007/08 17.05.2008 çempionat e 0:0
2008/09 20.09.2008 çempionat s 1:0
2008/09 14.03.2009 çempionat e 0:0
2009/10 21.10.2009 çempionat s 0:1
2009/10 10.12.2009 çempionat e 2:1
2009/10 27.04.2010 kubok, 1/2 s 1:1
2009/10 05.05.2010 kubok, 1/2 e 2:1
2010/11 29.08.2010 çempionat s 1:0
2010/11 20.02.2011 çempionat e 2:1
2010/11 13.03.2011 çempionat s 0:1
2010/11 23.04.2011 çempionat e 3:0
2011/12 14.08.2011 çempionat s 3:0
2011/12 16.02.2012 çempionat e 1:0
2012/13 03.10.2012 çempionat s 2:0
2012/13 03.12.2012 çempionat e 1:2
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31