26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

PFL prezidenti: gah nala vurur, gah mıxa...

Mövsümün sonunda I Diviziondan 3 komanda gəlsə, Premyer Liqanın autsayderi diviziona düşəcək. I Diviziondan başqa, hansısa klub lisenziya şərtlərini yerinə yetirə bilsə və maddi imkanı Premyer Liqada iştiraka imkan versə, o zaman elitada sonuncu pilləni tutan komandanı, sözsüz ki, həmin kollektiv əvəzləyəcək. Bu, birmənalı şəkildə belə olacaq" (“Report”).

Bu fikirlər Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə məxsusdur. PFL başqanı verdiyi açıqlamada iddia edib ki, guya gələn mövsüm öncəsi möcüzə vaş versə, I diviziondan 3 komanda Premyer Liqaya yüksələ bilər. Əslində, Ramin Musayev özü də bilir ki, bu dedikləri inandırıcı deyil. Çünki hazırda I diviziondan Premyer Liqada gəlişi mümkün ola biləcək 3 region komandası var ki, onların da heç birinə yaxın duran yoxdu. “Turan Tovuz”, “Kəpəz” və “Zaqatala”ya heç birinci divizion səviyyəsində sponsorluq edən yoxdu, qala ki Premyer Liqa ola. Bu komandalar hazırda AFFA-nın ayırdığı pullar sayəsində fəaliyyət göstərirlər. Sabah assosiasiya bu klublardan əlini çəksə, onları da ən yaxşı halda Region Liqasında görəcəyik. Bu, məsələnin bir tərəfi. Məsələnin daha maraqlı olan tərəfi isə odur ki, Ramin Musayevin dünənki açıqlaması bir müddət əvvəl dediklərindən tam fərqlənir.

"Gələn mövsümdən Premyer Liqada 10 komanda olacaq. "Kəpəz"lə "Turan Tovuz" elitada çıxış edəcək".

Bu sözləri PFL prezidenti təxminən 2 ay əvvəl kanalların birində demişdi. Maraqlıdı, necə olur ki, 2 ay əvvəl əminliklə “Kəpəz” və “Turan Tovuz”un növbəti mövsümdə Premyer Liqada mübarizə aparacağını iddia edən Musayev indi başqa fikir səsləndirir? Bu 2 ayda nə dəyişdi ki?

Həmin vaxt da qeyd etmişdik ki, PFL prezidentinin mövsümün ortasında bu cür açıqlama verməsi absurddur. Bu, təkcə idman prinsiplərinə tüpürmək yox, həm də MOİK-ə, “Zaqatala”ya, “Qaradağ Lökbatan”a hörmətsizlikdi. Görünür, Ramin Musayevin səsləndirdiyi fikirlər AFFA rəhbərliyinin də xoşuna gəlməyib. Hər halda belə olmasaydı, 2 ay ərzində PFL prezidentinin fikri bu cür dəyişməzdi.

AFFA rəhbərliyi demişkən, məlum məsələdir ki, Ramin Musayev Rövnəq Abdullayevin kadrıdı. AFFA prezidentinin hələ “Neftçi”yə rəhbərlik etdiyi vaxt “ağ-qaralar”ın vitse-prezidenti postunu tutan Musayev daha sonra yeni yaradılan Peşəkar Futbol Liqasına rəhbər gətirildi. Amma Musayev AFFA-nın digər rəhbərləri tərəfindən bir o qədər də sevilmir. Loru dildə desək, Musayev Elxan Məmmədovun, Elşad Nəsirovun, Rauf Əliyevin “kruqu” deyil. Məsələn, onlardan fərqli olaraq Ramin Musayev püşkatma zamanı qeyri-etik ifadədən, söyüşdən belə istifadə edə bilər və edir də. Amma siz Elşad Nəsirovun, Rauf Əliyevin ictimaiyyət arasında söyüşlə danışdığını eşidə bilməzsiz. Son zamanlar Ramin Musayev futbol sferasında xeyli küncə sıxılıb. Yaxın keçmişdə AFFA Hakimlər Komitəsi sənəd üzərində olmasa da, PFL-ə, daha da dəqiq desək, Ramin Musayevə tabe idi. Amma Fritz Stuchlikin komitəyə rəhbər təyin olunmasından sonra PFL prezidenti bu səlahiyyətini də itirdi. Bundan sonra futbol ictimaiyyəti arasında Peşəkar Futbol Liqasının ləğv olunacağı barədə söhbətlər daha da genişləndi. Hər halda, indiki məqamda Peşəkar Futbol Liqasını əvvəllər olduğu kimi, AFFA-nın Yarışların Keçirilməsi və Təşkili departamenti də əvəzləyə bilər. Faktdır ki, bir vaxtlar ştat üzrə 70-dən çox əməkdaşı olan Peşəkar Futbol Liqası bu gün kölgədə qalır. Peşəkar Futbol Liqasına ehtiyac olmadığını iddia edənləri qınamaq da olmur. Hər halda, 8 komandalı Azərbaycan Premyer Liqasını təşkil etmək elə də çətin iş deyil. I diviziondan isə danışmağa dəyməz...

İBRAHİM  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30