25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azərbaycan Premyer Liqası intizamsızlıq sarıdan Avropada üçüncüdür

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) dünyanın müxtəlif futbol çempionatlarında göstərilmiş vərəqələrlə bağlı araşdırma aparıb.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, araşdırmalar 92 ölkənin yüksək liqasında 2019-cu ili və 2019/2020 mövsümünün 17 fevralınadək olan bölümünü əhatə edib. Bu, həmin ölkələrdə mövsümün hansı müddəti əhatə etməsindən asılı olub.

Azərbaycan Premyer Liqası vərəqələrin çoxluğuna görə 12-ci sırada qərarlaşıb. Ölkə çempionatında ortalama hər oyuna 5.79 vərəqə düşüb. Vərəqələrdən 5,47-si sarı, 0,32-si isə qırmızıdır.

Bu göstəricidə Azərbaycan Avropada Ukrayna və İtaliyadan sonra üçüncüdür.

Siyahının ilk pilləsində 7.01 (6.53 sarı, 0.48 qırmızı) göstərici ilə Boliviya yer alıb. Uruqvay çempionatı 6.61-lə (6.07 sarı, 0.54 qırmızı) ikinci, Quatemala isə 6.44-lə (6.07 sarı, 0,37 qırmızı) üçüncü sıradadır.

Ukrayna Premyer Liqasında hər oyuna 6.19 vərəqə düşüb. Bunlardan 5.57 sarı, 0.43 qırmızıdır. İtaliya A Seriyasında isə bu rəqəm 5.82-ə (5.51 sarı, 0.37 qırmızı) bərabərdir. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30