20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Banişevskinin xatirəsinə turnir keçirildi: kuboku mərhumun həyat yoldaşı təqdim etdi

Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, mərhum Anatoli Banişevskinin anadan olmasının 74-cü ildönümü münasibətilə AFFA və Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə xatirə turniri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın Futbol Akademiyasının süni örtüklü meydançasında təşkil olunan mini-turnirdə 4 komanda mübarizə aparıb.

Hakimlər Komitəsinin komandasını məğlub edən Veteranlar yığması xatirə turnirinin qalibi olub. Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatlandırma mərasimində AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Veteranlar İttifaqının sədri Oqtay Abdullayev, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov iştirak ediblər. Qalib komandaya kuboku mərhumun həyat yoldaşı İnna Banişevski təqdim edib (affa.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30