18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Jelko Sopiç: “O, ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir”

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 18-ci turunda “Səbail”lə oyundan (0:0) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvat mütəxəssis əvvəlcə görüş haqda danışıb:

- Sonda qazanılan 1 xala görə məmnunuq. Bəzən istəmədiyin halda dəyişikliklər etməli olursan. Uşaqlar sona qədər döyüşdülər və 1 xal əldə etdik.

- Cavid İmamverdiyev, Təmkin Xəlilzadə, Coşqun Diniyev, Rəşad Eyubov millinin üzvləridir, ancaq sizdə ehtiyatda qalırlar. Bunun səbəbi nədir?

- Komandamda ən hazır olanlar meydana çıxır. Bu gün Təmkinin ehtiyatda olmasının səbəbini özü daha yaxşı bilir.

- Marko Deviç və Ulis Diallo niyə oynamır?

- Marko zədəlidir. Ona görə oynaya bilmir. “Qarabağ”la oyuna kimi hazır olacağına inanıram. Ulisə gəlincə, ondan daha yaxşı oyunçularımız var.

- Ramil Şeydayevin hazırkı durumu necədir?

- Çox yaxşı məşq edir. Amma biz başa düşməliyik ki, onun üçün hər şey o qədər də asan deyil. O, yalnız fərdi məşq edir. Mən inanıram ki, bizimlə bir müddət olduqdan sonra zədəsiz şəkildə oynaya biləcək.

- Qırmızı vərəqə olmasa, nəticə lehinizə olacaqdımı?

- Bunu dəqiqliklə deyə bilmərik. Bu gün bizim üçün ağır oyun oldu. 75 dəqiqə azlıqda oynamaq çətin idi. Çünki dəli kimi topun arxasınca qaçmalı olurduq. Son 20-25 dəqiqədə yaxşı oynadıq. Bəxt bir qədər yanımızda olsaydı, qol da vura bilərdik.

- Son 3 oyunda 7 xal qazanmısız. Bunu davam etdirmək çətin olmaz?

- Növbəti tur Azərbaycanın ən yaxşı komandası “Qarabağ”a qarşı oynayacağıq. Bu tendensiyanı davam etdirməyə və xal qazanmağa çalışacağıq.

- Qırmızı vərəqə olmasaydı, Ramilə daha çox şans verməyi düşünürdünüz, yoxsa bu qədər kifayətdir?

- Bəlkə də, ona yarım saat şans verə bilərdik. Ramillə bağlı risk etmək istəmirik. İstəmirik ki, hazırlıqsız oynayıb zədə alsın. İnanıram ki, qısa müddətdə daha hazır olacaq. O, məşqlərdə çox çalışır.

- Bu gün komandanı pis vəziyyətdə qoyan Yevgeni Koçuku cəzalandıracaqsınız?

- Onunla bağlı fikirlərimi özünə bildirdim. İctimaiyyətə açıqlamaq istəmirəm. Lazımsız qırmızı vərəqə idi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30