28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aftandil Hacıyev: “Hakimin bunu hiss etməməsi əsəblərimizi tarıma çəkdi”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasında 18-ci turunda “Sabah”la matçdan (0:0) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə oyun haqda fikirlərini bildirib.

- Hər iki komanda üçün ağır oyun oldu. Suni örtükdən təbiiyə keçəndə bizim üçün çətin olur. Rəqib də azlıqda qalmışdı. Hər iki qapı qarşısında qol epizodları oldu. Bilirdik ki, rəqib qapanan komandadır. Bunu gözləyirdik. Qırmızı vərəqədən sonra planları dəyişmədi, sistemi dəyişdilər. Bizim üçün son nöqtəni qoymaq çətin oldu. Oyuna nəzarət əlimizdə idi. Hücum xətti üçün geniş seçimimiz yoxdur. Futbolçular çox əziyyət çəkdilər. Kifayət qədər təhlükəli epizodlar oldu. Rəqib isə əks-hücumlarda təhlükə yaradırdı. Son dəqiqələrdə hesab dəyişə bilərdi. Bu gün hər iki tərəf 1 xal qazandı. Rəqib oyunun sürətini olduqca aşağı salırdı. Son dəqiqələrdə bunu görəcəyimizi düşünürdük. Ancaq ilk dəqiqələrdən belə olması və hakimin bunu hiss etməməsi bizi məyus etdi və əsəblərimizi tarıma çəkdi. “Sabah”ı təbrik etmək lazımdır.

- Rəqibin 1 xal qazandığını dediniz. Ancaq ikinci hissəyə baxanda sizin 1 xal qazandığınızı düşünmək olar?

- Qol epizodlarını saysaq, bizdə də şanslar oldu. Vaxtında vursaydıq, son dəqiqələrdə buraxdığımız qol təsir etməyə də bilərdi. Ədalətli nəticə heç-heçə idi. Hücumu gücləndirmək imkanlarımız yoxdur. Komandaların transferlərinə baxanda fərq hiss olunur. Oyun planında komandadan narazı qala bilmərəm.

- Demək olarmı ki, oyununuzun kompakt olmamasının səbəbi meydan örtüyündəki fərqdir?

- Bu, böyük amildir. Qapanan komandaya qarşı sürətli ötürmələr olmalı, cinahları tez-tez dəyişmək lazımdır. Sintetik meydanda sürət fərqli olur, təbiidə fərqli. Məşq və oyunları süni meydanda keçiririk. Bu da amillərdən biridir. Ancaq tam səbəb bu deyil. Rəqib müdafiədə olduqca yaxşı oynadı.

- Rəqibin qırmızı vərəqə almasından sonra say üstünlüyünü mahiyyət üstünlüyünə çevirə bilməməyinizin səbəb nə idi?

- Plandan çıxmaq istəmədik. Rəqibin oyununda çox şey dəyişmədi. Bilirdik ki, əks-hücum futbolu oynayacaqlar. Bu gün də belə davam etdilər. Bizim yaxşı epizodlarımız oldu. Rəqib qapıçı da yaxşı oynadı. İlk hissədə qol vursaydıq, hesab fərqli ola bilərdi.

           

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31