17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Zaur Həşimovun bəhanələri

Dünən Azərbaycan Premyer Liqasında 18-ci tur start götürdü. Toparlanmağa başlayan “Neftçi”nin “qara zolaq”da olan “Qəbələ”ni məğlub etməsini sensasiya saymaq olmaz. Heç üçüncü pillədə qərarlaşan “Keşlə”nin də “Zirə”yə qalib gəlməsi də gözlənilməz hesab olunmazdı. Əgər hesab 4:0 olmasaydı...

Bununla da “Zirə” qış fasiləsindən sonra keçirdiyi 3-cü oyunda da uduzdu. Son 3 oyunda cəmi 1 qol vuran komanda, öz qapısında 12 (!) görüb. Bu isə orta hesabla hər oyuna 4 qol deməkdir.

Bəs “Zirə”nin problemi nədir? Avroliqa iddiasında olan komanda nə üçün 2020-ci ilə bu cür uğursuz başladı? Məlum məsələdir ki, istənilən komandada nəticəyə cavabdeh şəxs baş məşqçidir və uğursuzluq da ilk növbədə onun ayağına yazılır. Amma deyəsən, “Zirə”nin çalışdırıcısı Zaur Həşimov komandasının bu 3 turdakı biabırçı çıxışına görə özünü günahkar saymır. Hər halda, Həşimovun dünən oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər belə düşünməyə əsas verir. Məsələn, “Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev ardıcıl yenilgilərdən sonra məsuliyyəti üzərinə götürərək, istefa verməyə hazır olduğunu bildirib. Amma Haşımov oyundan sonra demək olar ki, özündən başqa hamını, hər şeyi günahlandırıb: “heyətdə problemlər var”, “Tellur xəstədi”, “3 qolu rəqibə hədiyyə etdik”, “qara zolağ”a düşməkdən qorxurdum”, “Keşlə” birinci qolu ofsaytdan vurdu”, “əvvəlki matçda qırmızı vərəqələr oldu”, “heyət kasaddır”, “yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq” və s...

Göründüyü kimi, Zaur Həşimov hətta “bəlkə məşqçi kimi mənim də hansısa səhvim olub” kimi düşüncədən uzaqdır.

“Zirə”nin heyətinin nəyi kasaddır? Qış fasiləsində məhz “Zirə” Premyer Liqada ən çox transfer reallaşdıran komanda oldu. Biri yerli, dördü əcnəbi olmaqla “Zirə” 5 yeni oyunçuyla gücləndi. Budur kasad heyət? Yaxud sərəncamında Ağabala Ramazanov, Cavid Hüseynov, Tellur Mütəllimov, Elvin Camalov kimi yerli futbolçular olan məşqçi necə “Biz hazırda yerli futbolçular baxımından bütün rəqiblərimizə uduzuruq” fikrini səsləndirə bilər?

Zaur Həşimov əvvəlki oyunlarda da qırmızı vərəqələrə görə futbolçuları günahlandırmışdı. Görəsən, komandadakı nizam-intizama baş məşqçi cavabdeh deyil? Yaxud “qara zolağa düşməndən qorxurdum” nə deməkdir? Vaxtında işi elə qurmaq lazım idi ki, “qara zolaq” olmasın.

“Zirə”nin bir başqa problemi də rəhbərlikdir. Klubun fəxri prezidenti Orxan Məmmədov bir neçə gün əvvəl müsahibəsində komandasında işlərin qaydasında olduğunu bildirsə də, nəticələr də göstərir ki, elə deyil. Bir komandanın ki, peşəkar idarə etmə sistemi yoxdusa, hansı uğur qazanmaqdan söhbət gedə bilər? Bildiyimizə görə, “Zirə”nin hazırda uşaq futbolunda da vəziyyət heç də ürəkaçan deyil...

Mövsümün əvvəlində Samir Abasova qarşı haqsızlıq edib, ona vaxt tanımayan “Zirə”nin Zaur Həşimova qarşı nə qədər səbirli olacağı maraqlıdır...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30