29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elmar Baxşıyev: "Nəticə olmayanda istefa şüarı normaldır"

“Neftçi” heyətinə görə çempionatın ən güclü kollektivlərindən biridir. Komandamdan razı qaldım. Sonadək mübarizə apardıq. Uduzmağımıza baxmayaraq əzmkarlıq məni qane etdi".

Futbolxeber.az saytının məlumatına görə,

bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 18-ci turunda "Neftçi" ilə görüşdən sonra mətbuat konfransında deyib.

O, evdə qeydə alınan 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Əvvəlki üç oyunda məğlub olmuşduq. Həmin matçlarda komanda şəklində zəif oynamışdıq. Heyətdəki dəyişikliklərlə istədik ki, yeni nəfəs gətirək. Rəqibin gücünü də nəzərə almaq lazımdır. Səviyyə baxımından bizdən üstün futbolçulara malik komanda ilə oynadıq. Bu matça qədər oyunlarımıza baxsanız, müsbət cəhətlər çoxdur. Sadəcə müdafiə planında axsamalar var”.

Baxşıyev qış fasiləsində heyətdə baş verən dəyişikliklərə də toxunub: “Hər oyunçu faydalı idi. Oturuşmuş heyətimiz var idi. Onların getməsi də mənfi təsir göstərdi. Yeni gələnlərdən Nikolas Raysel zədəyə görə bu gün oynamadı. Abdelrafik Jerar bir müddət oynamadığı üçün oyun praktikası toplamalıdır. Onun qarşıdakı turlardan sonra formaya qayıtması gözlənilir. Bunları bilirdik, toplanışda görürdük. Yeni futbolçular bizə gec qoşulduğu üçün optimal oyunumuzu hələ tapa bilmirik. Yarımmüdafiənin mərkəzində də axsayırdıq. “Neftçi” isə burada güclü futbolçulara malikdir. Ona görə müdafiə planını etibarlı etmək üçün İdris İnqilablı və Sadiq Quliyevə üstünlük verdik. Azərbaycan futbolu mütəmadi şans qazansa, İdrisin simasında yaxşı futbolçu qazanacaq”.

E.Baxşıyev azarkeşlərin istefa şüarları ilə bağı isə deyib: "Haqlıdırlar, nəticə olmayanda bu çağırış normaldır. Biz məqqçiyik, işimizi görürük, qərarı rəhbərlik verir. Nə versə, onunla razı qalmalyıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31