23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” - “Neftçi”: 52-ci duel

Sabah Azərbaycan Premyer Liqasında XVIII tur start götürəcək.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” öz meydanında “Neftçi” ilə qarşılaşacaq. Bu, iki komanda arasında 52-ci oyun olacaq. Rəqiblər Qəbələ şəhər stadionunda baş tutacaq matça qədər 51 dəfə üz-üzə gəlib. Bu qarşılaşmalarda 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 22 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən “Qəbələ” futbolçuları 71 qol buraxıb.

Premyer Liqa çərçivəsində 47-ci duel öncəsi üstünlük paytaxt təmsilçisinin tərəfindədir. “Qəbələ” əvvəlki 46 oyunda 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 21 dəfə uduzub. 58 qola imza atan “Qəbələ” 65 top buraxıb.

“Qəbələ” 26-cı dəfə öz meydanında “Neftçi”ni qonaq edəcək. Əvvəlki 25 görüşdə əyalət təmsilçisi 8 dəfə qalib gəlib. 5 heç-heçə edən meydan sahibləri 12 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda hər iki komanda 34 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30