19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Futbolumuzun "Qızıl oğlan”ı 41 yaşında

Bu gün müstəqil Azərbaycan futbolunun yetişdirdiyi ən parlaq simalardan olan Zaur Tağızdənin ad günüdür.

Futbolxeber.az saytının məlumatına görə, “Qızıl oğlan”ın 41 yaşı tamam olur.

Peşəkar karyerasına Mingəçevirin “Kür-Nur” klubunda (10 oyun; 4 qol) başlayan Tağızadə 1997-ci ildə Estoniyaya yollanıb. Bu ölkənin “Lelle Pyarnu” klubunda meydana çıxdığı 6 oyunda 2 dəfə fərqlənən Zaur, ardınca Islandiyaya yollanıb. “Akranes”də 3 oyun keçirdikdən sonra (1 qol) vətənə qayıdıb. “Şəfa”da 6 ay (16 oyun; 2 qol) forma geyib və yenidən Estoniyaya üz tutub. “Flora Tallin” (9 oyun; 4 qol) onun karyerasında sonuncu əcnəbi klub olub.

1999-2000 mövsümündə Bakı MOİK-ində (10 oyun; 1 qol) forma geydikdən sonra “Şəfa”ya keçib. 4 il bu klubun uğurları üçün çalışan Tağızadə 100 oyunda 17 dəfə fərqlənib. “Qızıl oğlan” 2004-cü ildə karyerasının son klubu - “Neftçi” ilə anlaşıb. 2010-cu ildə məhz burada o, karyerasına son qoyub - 132 oyun, 31 qol.

“Neftçi”nin heyətində 2 dəfə ölkə çempionu olan, 2 dəfə ölkə kubokunu və 1 dəfə “Birlik Kuboku”nu qazanan Tağızadə 2001-ci ildə Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1997-2007-ci illər aralığında milli komandamızın formasını geyən Tağızadə 40 oyunda 6 dəfə fərqlənib ki, bu qollardan da ən unudulmazı 1999-cu il sentyabrın 4-də Bakıda Portuqaliyanın qapısına vurduğu topdur.

2010-2011 mövsümündə “Neftçi”nin əvəzedicilərində məşqçi kimi çalışan Zaur Tağızadə, 2011-ci ildən “Qarabağ”ın seleksiyaçı məşqçisidir.

Futbolxeber.az saytı səbəbkarı ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı arzulayır. Ad günün mübarək, “Qızıl oğlan!” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30