17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

AFFA yayım hüququ ilə bağlı məlumat yaydı

AFFA yayım hüququ ilə bağlı məlumat yayıb.

Futbolxeber.az assosiasiyanın rəsmi saytında yer alan məlumatı olduğu kimi təqdim edir:

- AFFA-nın bayrağı altında keçirilən və təşkil edilən yarışların yayım hüququ AFFA-ya məxsusdur və AFFA-nın nəzarəti ilə həyata keçirilməlidir.

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, bədən tərbiyəsi-sağlamlıq və idman tədbirlərinin adlarından və simvollarından istifadə etmək hüququ yalnız onun təşkilatçılarına məxsusdur. Tədbirlərin keçirildiyi yerlərdə reklamların yerləşdirilməsi, tədbirlərin televiziya və radio vasitəsi ilə işıqlandırılması, eləcə də yayımların yazılışlarının və fotoçəkilişlərinin aparılması, tədbirlərdə istifadə olunan idman geyimləri, avadanlığı və ləvazimatlarının istehsalçılarının müəyyən edilməsi hüquqları bu tədbirlərin təşkilatçılarına məxsusdur.

AFFA-nın Nizamnaməsinin 65-ci maddəsinə əsasən, AFFA onun müvafiq səlahiyyəti altında olan bütün oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması üzərində müstəsna hüquqlara malikdir.

Oyunlar zamanı məlumat yayımı AFFA-nın nəzarətindədir və əvvəlcədən AFFA-nın belə yayım barəsində yazılı razılığı olmadan oyunların məlumat yayımı (audio-vizual, səs və digər formalarda), ötürülməsi qanunsuzdur və səlahiyyətli dövlət orqanları tərəfindən  müvafiq məsuliyyət tədbirlərinin görülməsinə səbəb olacaq.

Eyni zamanda, oyun keçirilən stadion ərazisində məlumat yayımına səlahiyyəti olmayan şəxslər tərəfindən oyunların hər hansı audio-vizual və səs yayımı vasitəsilə canlı, sonradan və ya hissə-hissə yayımı, ötürülməsi və yayılması zamanı bunu edən şəxslərin stadion ərazisindən çıxarılması və onların qanunsuz yayımının qarşısının alınması ilə bağlı zəruri tədbirlərin görülməsi yerli klubların vəzifəsidir.

Müvafiq hüquqi sənədlər və qanunvericiliyin müddəalarını rəhbər tutaraq bu məsələyə həssas yanaşılması vacibdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30