19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Oyun hər iki komandanı həyəcana salmışdı”

“Oyun həqiqətən də hər iki komandanı həyəcana salmışdı. Bu gərginlik meydanda da hiss olunurdu. Lakin əvvəlki oyunlarımız davamını gətirəcəyimizə ümid verirdi. Futbolçularımız yaxşı oyun və nəticə ilə ümidlərimizi doğrultdular".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda "Qəbələ"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

O, uzun müddət qələbəsizlik seriyasından sonra ardıcıl ikinci oyunda 3 xal qazanmalarını belə şərh edib: "Mövsümün ilk yarısında da pis çıxış etmirdik. 11 oyun qələbə qazana bilməməyimizə önəm vermirəm. Yaxşı oyun bizim qələbəmiz idi. Heç-heçələr sayəsində qazandığımız xallar bizə mübarizəni davam etdirməyə imkan verir. Futbolda "qara zolaq"lar da mümkündür. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərmək istəyir. Qarşıda çətin oyunumuz var. "Sabah" da son 2 turda qələbə qazanıb. Bu oyunu tezliklə unudub qarşıdakı matça hazırlaşmalıyıq".

Zədəli futbolçuların durumundan danışan Hacıyev yeni transfer Rauf Əliyevin çıxışını da dəyərləndirib: "Əvəzetmələrdə ehtiyatlı olmalı idik. Uzun müddətdən sonra Eriko Da Silvanı meydana buraxdıq. Peyman Keşavarz zədəli idi. Rauf Əliyevin vəziyyəti pis deyil. Digər oyunçuları Bahadur Həziyevi ilk dəfə Premyer Liqada kəşf etdik. Tezliklə qalan futbolçularımızın da meydana dönməsi önəmlidir. Yeni transferimiz Lema Mabididə 6 ay oynamadıqdan sonra praktikasının çatışmadığı aydındır. Özü də çalışqandır və komandaya fayda verəcəyini düşünürəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30