20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ayxan Abbasov: "Bu, bizim zəifliyimizdir"

“Önəmli həftə idi. Xal fərqini artıra bilərdik. Yuxarı pillələrə yaxınlaşmaq şansımız var idi. Rəqibi bilirdik. Futbolçulara da demişdik ki, son oyunlar kompakt oynayırlar. Bu gün də fərqli sistemdə oynadılar. Rəqibin müdafiəsini yarmaqda çətinlik çəkdik. Bəzi futbolçuların oyunları alınmadı. Hər dəfə yaxşı oynamaq olmur. Çalışacağıq ki, bu oyundan dərs çıxaraq. Gələn tur səfərdə vacib oyunumuz var".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 17-ci turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Arxayınlaşma yox idi. Bir qələbədən sonra arxayınlaşırıqsa, bu, bizim zəifliyimizdir. Rəqib nə "Neftçi", nə də "Zirə" kimi oynadı. Müdafiədə yaxşı idilər. Əks-hücumlara bel bağlayırdılar. Əsas odur ki, bu, sonuncu olsun. Oyunumuza elə də bərbad deməzdim. Hücumlarımız da var idi, ancaq az oldu. Burada günahkar axtarmıram. Bu futbolçulara inanıram. Bu gün istədiyimiz hücumu qura bilmədik. Hər komanda bütün oyunlarda qalib gəlmək istəyir”, - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30