24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Hər kəsi Araz Abdullayevə mənəvi dəstək olmağa çağırıram"

 

"Vaxtı ilə bizim də başımıza belə bir iş gəlmişdi. Oğlum Ceyhun "Qəbələ"də oynayarkən avtomobil qəzası törətdi və bu qəza onun karyerasının başa çatması ilə nəticələndi. Ceyhuna 3 il 6 ay iş verdilər. Buna görə də 29 yaşında futboldan getməli oldu". Futbolxeber.az saytına verdiyi açıqlamda bu sözləri Cəbrayıldan olan Qarabağ müharibəsi veteranı, vaxtı ilə "MKT-Araz" və "Qəbələ" klublarında forma geymiş Ceyhun Adışirinovun atası Vaqif Əlisoy deyib.

Vaqif bəy bildirib ki, bu cür çətin məqamda Araz Abdullayevə dəstək olmaq lazımdır: "Həmin vaxt futbol ictimaiyyətindən heç kim Ceyhuna dayaq durmadı. Mən Arazın qəza törətməsini eşidəndə çox pis oldum. Bu elə bir işdir ki, hər kəsin başına gələ bilər. Özüm də ailəsini tanıyıram. 21 yaşı var, Azərbaycan futbolunun gələcəyidir. Arazın yaxşı günləri hələ qabaqdadır. Buna görə də mən sizin saytınız vasitəsilə hər kəsi Araz Abdullayevə mənəvi dəstək olmağa çağırıram. Bu ağır dəqiqələrdə hər birimiz Araza dsəstək olmalıyıq. Həmin vaxt bu mənəvi dəstəyi mənim oğluma vermədilər. Bunun nə demək olduğunu bilirəm. Ona görə də bu çətin anda biz Araza mənəvi dəstək verməliyik".  

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30