19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mustivar: "Neftçi" sevgi, emosiya, ehtiras deməkdir"

"Neftçi"nin futbolçusu Soni Mustivar 30 yaşının tamam olması münasibətilə klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytı müsahibəni təqdim edir.

- Doğum gününüz mübarək, Soni! Özünüzü 30 yaşda necə hiss edirsiniz?

- Təbrikinizə görə sağ olun. Özümü gənc hiss edirəm (gülür).

- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?

- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.

- Bu günü necə keçirəcəksiniz?

- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəyəm. Qeyri-adi bir şey olmayacaq.

- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?

- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.

- Bəli və buna görə qürur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?

- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30