24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

«Qəbələ»dən 6 böyükhesablı qələbə

"Qəbələ”nin futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.

Fubtolxeber.az saytının məlumatına görə, “Qəbələ” təmsilçiləri 6 böyükhesablı qələbə qazanıb. U-19 səfərdə “Sabah”la qolsuz heç-heçə edib. 13 matçda 29 xal toplayan komanda Gənclər Liqasında 2-ci pillədə qərarlaşıb. “Sabah”ın qonağı olan digər komanda - U-17 səfərdən 2:3 hesablı məğlubiyyətlə qayıdıb. 15 matçda 27 xal yığan “qırmızı-qaralar” 6-cı yerdədir.

U-16 “İsgəndər Cavadov BFA”nı rəqib meydanında 6:0 hesabı ilə məğlub edib. 19 görüşdən sonra 48 xala malik “Qəbələ” liqanın lideridir. “İsgəndər Cavadov BFA”nı qəbul edən U-15 də böyükhesablı qələbə qazanıb - 3:0. 14 görüşdə 40 xal toplayan “qırmızı-qaralar” məğlubiyyətsiz liderliyini davam etdirir.

Paytaxt zonasında mübarizə aparan U-14 “Neftçi” İK İB ilə heç-heçəyə nail olub - 1:1. 16 qarşılaşmadan sonra 32 xala malik “Qəbələ” 4-cü sırada yer alıb. Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-13 Yevlax təmsilçisi UGİM “Rabitəçi”ni 4 cavabsız qolla məğlub edib. 14 görüşdə 39 xal yığan “qırmızı-qaralar” 1-ci yerdədir. U-12 Liqasının eyni zonasında mübarizə aparan “Qəbələ” rayonun digər təmsilçisi UGİM-in qapısından 5 cavabsız top keçirib. 14 matçda 42 yığan “Qəbələ” 1-ci, 13 oyunda 23 xal toplayan UGİM 2-cidir. Ardıcıl 15-ci qələbəsini qazanan U-11 Yevlaxın UGİM “Rabitəçi” komandasını 8:0 hesabı ilə məğlub edib. İtkisiz irəliləyən “qırmızı-qaralar” Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında liderdir. U-10 da UGİM “Rabitəçi”ni böyük hesabla yenib - 6:3. Komanda keçirdiyi 14 matçın hamısında qalib gəlməklə zonanın liderliyini qoruyur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30