25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”: Silla geriyə, Dario əsas heyətə qaytarıldı

“Neftçi” Premyer Liqanın 15-ci turunda qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığına start verib.

Futbolxeber.az saytının klubun eysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını başa vuraraq yanvarın 25-i Bakıya qayıdan “ağ-qaralar” birgünlük fasilədən sonra bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, baxışda olan futbolçu Nabi Silla məşqçilər korpusu tərəfindən bəyənilməyərək, geri göndərilib. Bunadək əvəzedici heyətin düşərgəsində olan Dario Frederiko isə əsas komandanın məşqində iştirak edib.

“Neftçi” Premyer Liqanın 15-ci turu çərçivəsində fevralın 1-i saat 17:30-da “Sumqayıt”ı qonaq edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30