24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

“Kəpəz”in kapitanı: “Bunun bəhrəsini görəcəyik”

“Kəpəz” çempionatın II dövrəsinə hazırlığı Bakıda davam etdirir.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komanda paytaxtda məşq etməklə yanaşı, yoxlama oyunları da keçirir.

Toplanış barədə “sarı-göylər”in kapitanı Əli Səmədov fikirlərini bölüşüb: “Təlim məşq prosesi nəzərdə tutulduğu formada davam edir. Səylə məşq edib, oyunlara hazırlaşırıq. Gəncədəki təlim-məşq toplanışı ağır keçmişdi. Çünki gündə iki dəfə hazırlıq keçirdik. Gərgin məşqlərin fonunda “Turan Tovuz” ilə yoxlama matçına da çıxdıq. Pis oynamadıq. Ümumilikdə uşaqlar həvəslə məşq edir və hazırlıq prosesi normal qaydasında gedir. Hər şey yaxşıdır. İnşallah, bunun bəhrəsini II dövrədə görəcəyik. Bakı toplanışını yekunlaşdırdıqdan sonra Gəncədə sırf çempionatın təqvim oyununa hazırlaşacağıq, qarşıdakı görüşlərə köklənəcəyik. Komandada dəyişikliklər də var, yeni futbolçular cəlb olunub. Yaxşı oyunçular heyətimizə qoşulub. Onlara kollektivə uyğunlaşmaq üçün bir az vaxt lazımdır. Uşaqlar özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Tam adaptasiya olmasalar da, istəkli olduqları görünür. Oynamaq, mübarizə aparmaq istəyirlər. Bu, sevindirici haldır. Düşünürəm ki, bizə xeyirləri dəyəcək”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30