16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi sabiq klubunu ittiham etdi

“Qarabağ”ın yeni transferi Ovusu Kvabena icarə əsasında çıxış etdiyi keçmiş klubu "Kordoba"nın baş məşqçi Raul Aqneni ittiham edib.

Futbolxeber.az saytının məlumatına görə, qanalı hücumçu yazdığı vida məktubunda Sequnda təmsilçisindən ayrılmağında Aqnenin günahı olduğunu deyib:

"Mən elə bir baş məşqçi tanımıram ki, ona hər şeyini verən oyunçu barədə belə fikirlər səsləndirsin. Qana yığmasına hər dəfə çağırıldığım vaxt problem yaşayırdım. Afrika kubokunun oyunundan sonra dərhal qayıdırdım ki, məni heç bir səbəbsiz ehtiyatda saxlamasın. "Rekreativo" ilə qarşılaşmada penalti qazanaraq, qol vurduğum vaxt Aqne məni heç təbrik etmədi".

Ovusu "Kordoba"nın idman direktoru Alfonso Serrano barədə də sərt fikirlər bildirib: "Avropa Liqası və Çempionlar Liqasının qruplarında oynayan klubdan, "Qarabağ"dan təklif gəldi. Onlar "Leqanes"lə razılığa gəldikdən sonra mənimlə əlaqə saxladılar. Ancaq həmin vaxt Serrano mənə fikirlərini dəyişdiklərini bildirdi. Söylədi ki, Aqne yeni oyunçu alınana qədər səni buraxmaq istəmir. Halbuki "Kordoba" rəhbərliyi həm "Leqanes", həm də "Qarabağ"a transferlə bağlı razılıq vermişdi.

Ancaq mən idman direktorunun "yox" deməsinə baxmayaraq, bazar günü düşərgəni tərk etdim. Çünki mənimlə danışmayan məşqçi ilə işləmək ağır idi. "Kordoba"ya ödəməli olduğum 8 min avronu "Qarabağ" verdi".

Xatırladaq ki, Ovusu Kvabena "Qarabağ"la 3,5 illik müqavilə bağlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30