19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elmar Baxşıyev: “Komanda bunun öhdəsindən gəldi”

“Qəbələ” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununda Rumıniyanın “Konkordiya” klubu ilə üz-üzə gəlib.

Futbolxeber.az-ın məlumatına görə, 2:2 hesablı heç-heçə ilə başa çatan qarşılaşmadan sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev matç və toplanış barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Təlim-məşq toplanışı ümumilikdə planlaşdırdığımız kimi keçdi. Nəzərdə tutulduğu kimi hazırlıq prosesində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Sevindirici odur ki, bu matçlarda bütün oyunçulara şans verdik. Hər futbolçu şans qazanaraq oyun ritminə qoşuldu. Qarşıda bizi çempionatda marafon gözləyir. Günü-gündən komandanın daha keyfiyyətli olduğunu məşqlərdə hiss edirik. Bugünkü matçda da bunun şahidi olduq. Görüşdə müsbət məqamlar çox idi. Müəyyən çatışmazlıq da var. Onu da yaxın gələcəkdə aradan qaldıracağıq. İndidən bütün fikrimizin XV turun “Keşlə”yə qarşı oyunu ilə bağlı olduğunu demək olmaz. Toplanışı planlaşdırdığımız kimi başa vurmaq istəyirdik. Komanda bunun öhdəsindən gəldi. Məşqlərdə və oyunlarda istədiyimizi onlardan ala bildik”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30