16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Türkiyənin Antalya şəhərində davam edən təlim-məşq toplanışı çərçivəsində keçirilən “Keşlə” - “Arsenal” (1:2) yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis komandasının oyunundan razılığını ifadə edib:

“Komandamın bu gün sərgilədiyi oyun məni sevindirdi. Məğlubiyyət üzücü olsa da, hesaba o qədər də önəm verməmək lazımdır. Ötən qarşılaşmadan fərqli olaraq bu gün daha hərəkətli idik. Uduzmağımıza baxmayaraq, futbolçulardan tələb etdiyim oyunu meydanda gördüm.

İkinci hissənin gedişində əsas heyətinin çox hissəsini dəyişdik və bu, tempin azalmasına gətirib çıxardı. Lakin bu hazırlıq matçıdır və belə halları normal qarşılamaq lazımdır.

İndiki mərhələdə əsas məqsədimiz komandamızın oyununu təkmilləşdirməkdir. Mövsümün ikinci yarısının ilk matçına qədər buraxdığımız səhvlər üzərində çalışmalıyıq və onları aradan qaldırmalıyıq.

İki gün sonra Slovakiyanın “Zemplin” komandasına qarşı matçımız var və inanıram ki, daha nizamlı, sürətli və diqqətli oynayacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30