29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Kamanan üçün seriyasını davam etdirmək şansı

Həftənin şənbə günü - avqustun 31-i Premyer Liqanın V turunun oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandalarının oyunları ilə əlaqədar çempionatda yaranacaq qısa fasilə ərəfəsində sonuncu olan turda “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Ötən tur olduğu kimi “qırmızı-qaralar” yenə öz meydanında oynayacaq.
 
Qəbələdəki qarşılaşma rəqiblər arasında 21-ci duel olacaq. Belə ki, indiyədək komandalar 18 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində üz-üzə gəlib. Bu oyunlarda 11 dəfə “Xəzər Lənkəran”, 4 dəfə “Qəbələ” qalib gəlib. Digər 5 matç isə heç-heçə nəticələnib. Top fərqində də cənublular öndədir - 31:17.
“Xəzər Lənkəran”ın belə üstünlüyü “Qəbələ”nin yeni yarandığı, formalaşmaqda olduğu illərdəki oyunlar hesabına mümkün olub. Belə ki, 2006-cı ildəki ilk matçdan “qırmızı-qaralar”ın ilk qələbəsini qazandığı 2009-cu ilədək cənublular 7 oyunda 5 dəfə qalib gəlib və cəmi 2 heç-heçə edib. Komandalar arasında son 3 mövsümdə keçirilən oyunlarda isə tarazlıq hökm sürür: 8 oyunda hərəyə 3 qələbə.
Son 3 qarşılaşmada uduzmayan “Qəbələ” sonuncu dəfə 2012-ci ilin aprelində “Xəzər Lənkəran”a məğlub olub. Öz meydanındakı 10 görüşdə 3 qələbə və 2 heç-heçəsi olan “qırmızı-qaralar” 5 dəfə uduzub. Top fərqində də qonaqlar öndədir – 9:13.
 
“Qəbələ” arxada qalan 20 dueldə rəqib qapısına 17 qol vurub. Bu matçlarda komandanın ən məhsuldar futbolçusu Yannik Kamanandır. “Qırmızı-qaralar”ın yeganə dublunun müəllifi qarşıdakı matça seriya ilə çıxacaq. Belə ki, legioner son 2 görüşdə meydanı qolsuz tərk etməyib. Ondan başqa Lyuba Baranin və Turnike Aptsiauri hərəyə 2, Viktor Mendi, Aleksandr Çertoqanov, Deon Barton, Tumaş Stolpa, İqor Melnik, Milan Antiç, Anatoli Ostap, Abdulkader Kamara, Camal Məmmədov, İbrahim Hüseynov hərəyə 1 dəfə “Xəzər Lənkəran”ın qapısına qol vurub.
 
2006/07. Premyer Liqa
09.12.2006. Xəzər Lənkəran - Gilan (Qəbələ) - 4:0
Rəşad Abdullayev, 17, 67, Zaur Ramazanov, 59, İlqar Qurbanov, 78
2006/07. Premyer Liqa
23.05.2007. Gilan (Qəbələ) - Xəzər Lənkəran - 0:3
Emin Quliyev, 5, Rəşad Abdullayev, 22, Zaur Ramazanov, 41
2007/08. Premyer Liqa
30.09.2007. Xəzər Lənkəran - Qəbələ - 2:1
Zaur Ramazanov, 24, Emin Quliyev, 90+2 - Turnike Aptsiaupi, 39
2007/08. Premyer Liqa
05.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:1
Camal Məmmədov, 73 - Zaur Ramazanov, 8.
2007/08. Azərbaycan kuboku, ½ final
09.04.2008. Qəbələ - Xəzər Lənkəran - 1:3
İbrahim Hüseynov, 75 - Zaur Ramazanov, 12, 56, İrakli Vaşakidze, 15-öz qapısına
2007/08. Azərbaycan kuboku, ½ final
23.04.2008. Xəzər Lənkəran - Qəbələ - 1:1
Rahid Əmirquliyev, 79 - Abdulkader Kamara, 35
2008/09. Premyer Liqa
15.11.2008. Qəbələ - Xəzər Lənkəran - 0:1
Rəşad Abdullayev, 48
2008/09. Premyer Liqa
03.05.2009. Xəzər Lənkəran - Qəbələ - 1:2
İvan Çvetkov, 25 - Tornike Aptsiauri, 76 Anatoli Ostap, 79(penalti)
2009/10. Premyer Liqa
19.09.2009. Qəbələ - Xəzər Lənkəran - 1:1
İqor Melnik, 88 - Mario Souza, 26
2009/10. Premyer Liqa
19.12.2009. Xəzər Lənkəran - Qəbələ - 1:0
Rahid Əmirquliyev, 52
2009/10. Premyer Liqa
12.03.2010. Xəzər Lənkəran - Qəbələ - 4:1
Allan Lalin, 22; 59; Emeka Opara, 75; Denis Kalinkov, 90 - Milan Antiç, 81
2009/10. Premyer Liqa
17.04.2010. Qəbələ - Xəzər Lənkəran - 1:2
Tomaş Stolpa, 37 - Allan Lalin, 9; Emeka Opara, 53
2010/11. Premyer Liqa
07.08.2010. Xəzər Lənkəran - Qəbələ - 1:0
Elvin Beqiri, 75
2010/11. Premyer Liqa
06.11.2010. Qəbələ - Xəzər Lənkəran - 1:0
Lyuba Baranin, 35
2011/12. Premyer Liqa
23.09.2011. Xəzər Lənkəran - Qəbələ - 2:1
Antonio Semedo, 40; Elnur Abdullayev, 64 - Lyuba Baranin, 68
2011/12. Premyer Liqa
21.02.2012. Qəbələ - Xəzər Lənkəran - 2:1
Aleksandr Çertoqanov, 41; Deon Barton, 90+2 - Rahid Əmirquliyev, 26
2011/12. Premyer Liqa
07.04.2012. Qəbələ - Xəzər Lənkəran - 0:1
Branimir Subaşiç, 3
2011/12. Premyer Liqa
05.05.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Adrian Pit, 59 - Viktor Mendi, 87
2012/13. Premyer Liqa
21.10.2012. Xəzər Lənkəran - Qəbələ - 1:1
Roberto Alviz, 76 (p.) - Yannik Kamanan, 22
2012/13. Premyer Liqa
23.02.2013. Qəbələ - Xəzər Lənkəran - 2:0
Yannik Kamanan, 1; 88

gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31