20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA-nın dördüncü vitse-prezidenti kim olacaq: Vaqif Sadıqov, yoxsa İsgəndər Cavadov?

VƏ YA YENİ BAŞ KATİBİN KÖHNƏ VƏZİFƏSİ LƏĞV OLUNACAQ

Yanvarın 28-də keçiriləcək növbəti Konfransında AFFA-nın qarşıdakı 4 ildəki rəhbərliyi rəsmən müəyyənləşəcək.

Futbolxeber.az saytının məlumatına görə, konfransda Rövnəq Abdullayev yenidən, dördüncü dəfə AFFA prezidenti seçiləcək. Onun seçkiyə rəqibsiz getməsi qələbəsinə heç bir şübhə yeri qoymur.  

Eləcə də İsgəndər Cavadov, Kazbek Tuayev, Elxan Məmmədov, Zaur Axundov, Rauf Əliyev, Vaqif Sadıqov, Elşad Nəsirov, Fərid Mansurov, Firudin Qurbanov, Mahir Məmmədov, Elmar Məmmədyarov və Könül Mehtiyeva İcraiyyə Komitəsinin üzvləri kimi təsdiqlənəcəklər.

AFFA-nın Konfransında assosiasiyanın vitse-prezidentlərinin də adları məlum olacaq. Əvvəlki vitse-prezidentlər - Elşad Nəsirov və Rauf Əliyev vəzifələrində qalacaqlar. Yeni təsis olunmuş AFFA-nın icraçı vitse-prezidenti vəzifəsini Elxan Məmmədov tutacaq. Əsas sual dördüncü vitse-prezidentin kimliyi ilə bağlıdır.

Əldə etdiyimiz məlumata görə, hazırda bu posta iki namizəd var - Vaqif Sadıqov və İsgəndər Cavadov. AFFA-nın dördüncü vitse-prezidenti məhz bu 2 şəxsdən biri olacaq. Yeni vitse-prezidentin futbol adamı olmasını müsbət məqam kimi qeyd etmək olar.

Əldə etdiyimiz digər məlumata görə, AFFA-nın yeni baş katibi Sərxan Hacıyev olacaq. Buna qədər o, Elxan Məmmədovun köməkçisi funksiyasını yerinə yetirirdi. S.Hacıyevin tutduğu baş katibin köməkçisi vəzifəsi isə ləğv olunacaq.  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30