25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elmar Baxşıyev: “Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir”

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirən “Qəbələ” Rusiyanın “Çayka” klubuna 3:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev matç barədə fikirlərini gabalafc.az-a açıqlayıb:

“Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirdik. Bu görüşlər komanda üçün çox faydalıdır. Çünki baş tutan qarşılaşmalarda bütün futbolçulara şans veririk. Bu, onların hazırkı durumunu bilmək, həm də oyunçulardan bəzilərini müxtəlif mövqelərdə yoxlamaq imkanı verir. Qış fasiləsində heyəti gücləndirməyimiz vacibdir”.

Baxşıyev toplanış barədə də fikirlərini açıqlayıb: “Antalya toplanışının ilk həftəsini arxada qoymuşuq. Bu 7 gün ərzində hər şey qaydasında, məşq prosesi plan üzrə gedir. Komanda üzvləri məşqlərdə verilən tapşırıqları əzm və istəklə yerinə yetirirlər. Oyunçuların hazırlıq prosesinə belə yanaşması bizi sevindirir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30