19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qəbələ"dən böyükhesablı qələbə

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyunu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Rusiya təmsilçisi “Çayka” ilə qarşılaşıb. Matç "Qəbələ"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Pesçanokopskoyeni təmsil edən “Çayka” klubunun əsası 1997-ci ildə qoyulub. 23 yaşlı klub Rusiya çempionatının 1-ci dəstəsində - Milli Futbol Liqasında mübarizə aparır. 25 oyunda 36 xal toplayan komanda cari mövsümün qış fasiləsinə 9-cu pillədə yollanıb.

Qeyd edək ki, “Qəbələ” Antalyada daha iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda yanvarın 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

Yoxlama oyunu

18 yanvar

“Qəbələ” (Azərbaycan) - “Çayka” (Rusiya) 3:0

Qollar: İvitsa Juniç 14, Rövlan Muradov 35, Ülvi İsgəndərov 51

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30