29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Qurban Qurbanov niyə İcraiyyə Komitəsinə üzvlüyə namizəd olmadı?

VƏ YA 13-LÜYƏ QISA SÖZARDI

AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Futbolxeber.az saytınn məlumatına görə, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Dünən 18:00-da həmin müddət başa çatdı və AFFA-nın rəsmi saytında namizədlərin siyahısı açıqlandı:

İsgəndər Cavadov

Kazbek Tuayev

Elxan Məmmədov

Zaur Axundov

Rauf Əliyev  

Vaqif Sadıqov

Elşad Nəsirov

Fərid Mansurov

Firudin Qurbanov

Mahir Məmmədov

Elmar Məmmədyarov

Könül Mehtiyeva

İlk növbədə onu qeyd edək ki, siyahıda 13 deyil, 12 nəfərin olması təsadüfi deyil. Belə ki, İcraiyyə Komitəsinin 13-cü üzvü AFFA prezidentidir. Əsasnamayə görə, AFFA prezidenti həm də avtomatik olaraq İK üzvüdü.

Digər 12 nəfərə gəldikdə onlardan 9-u daha öncə də İcraiyyə Komitəsinin üzvləri idi. Digər 3 nəfər - Elxan Məmmədov, Fərid Mansurov və Könül Mehtiyeva ilk dəfə İcraiyyə Komitəsinə üzv seçiləcəklər.

Elxan Məmmədovun indiyədək İK-ya üzv olmaması Nizamnamə ilə bağlı idi. Belə ki, AFFA-nın baş katibi İcraiyyə Komitəsinə üzv ola bilməzdi.

Olimpiya çempionu Fərid Mansurovun komitəyə üzv olması təsadüfi deyil. Uzun illər İdman Nazirliyinin nümayəndəsi kimi Mirkamil Rəhimov AFFA İcraiyyə Komitəsində təmsil olunurdu. Onun vəfatından sonra nazirlikdən heç kim komitədə yer almırdı.  

O ki qaldı Könül Mehtiyevaya, o, AFFA-nın beynəlxalq departamentinin rəhbəridi və Azərbaycanın ilk qadın UEFA nümayəndəsi kimi tarixə düşüb. İK-də indiyədək xanım üzvün olmayıb ki, Mehtiyeva bu baxımdan ilkə imza atacaq.

Diqqətçəkən məqamlardan biri də "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun namizədlər sırasında olmamasıdır. Əldə etdiyimiz məlumata görə, Qurbanovun namizədliyi “Qarabağ” tərəfdən irəli sürülməyib. Yəni o, özü İcraiyyə Komitəsində təmsil olunmaq istəməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31