16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

İcraiyyə Komitəsinin üzvlüyünə namizədlər açıqlandı

AFFA-nın Nizamnaməsinin 34-cü maddəsinin tələblərinə uyğun olaraq, AFFA-nın 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransında İcraiyyə Komitəsinə seçki keçiriləcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, nizamnamənin 34-cü maddəsinin 4-cü bəndinə əsasən, İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır. Bu gün qeyd olunmuş müddət başa çatıb.

İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş şəxslərin siyahısını təqdim edirik:
 
Regional Futbol Federasiyaları İctimai Birliyi - 3 yer

1. İsgəndər Cavadov - Qərb Regional Futbol Federasiyası tərəfindən
2. Kazbek Tuayev - Regional Futbol Federasiyaları İctimai Birliyi tərəfindən
3. Elxan Məmmədov - Şimal Regional Futbol Federasiyası tərəfindən
 
Peşəkar Futbol Liqası İctimai Birliyi - 5 yer

1. Zaur Axundov - “Keşlə” FK tərəfindən
2. Rauf Əliyev - “Səbail” FK tərəfindən
3. Vaqif Sadıqov - “Sumqayıt” FK tərəfindən
4. Elşad Nəsirov - “Neftçi” PFK tərəfindən
5. Fərid Mansurov - Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
 
Sahə Futbol Federasiyaları İctimai Birliyi - 2 yer

1. Firudin Qurbanov - Tələbə Futbol Federasiyası tərəfindən
2. Mahir Məmmədov - Futzal Federasiyası tərəfindən
 
İctimai Futbol Təşkilatları İctimai Birliyi - 2 yer


1. Elmar Məmmədyarov - Ümumazərbaycan Futbolsevərlər Birliyi tərəfindən
2. Könül Mehtiyeva - İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

Qeyd edək ki, İK üzvlərinin sayı 11-dən 13-ə artırılıb. Elxan Məmmədov indiyədək İK-ya üzv olmayıb ki, bu da Nizamnaməyə görə baş katibin ola bilməməsiylə bağlıdı. Olimpiya çempionu Fərid Mansurovla UEFA nümayəndəsi Könül Mehtiyevə də ilk dəfə namizədliklərini irəli sürüblər. Sonuncu AFFA-nın beynəlxalq departamentinin rəhbəridi və Azərbaycanın ilk qadın UEFA nümayəndəsi kimi tarixə düşüb. İK-də indiyədək xanım üzvün olmaması da diqqətçəkən məqamdı. Keçən İK üzvlərindən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov namizədlər sırasında yoxdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30