29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

İkinci dubl və Türkiyədəki bombardier

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” hazırlıq çərçivəsində ikinci yoxlama oyununda Rumıniyanın “Sepsi” klubuna 2:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının klubun rəsmi feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu, “qartallar”ın qonşu ölkədəki beynəlxalq sınaq matçlarında 12-ci qələbəsi olub.

28-ci belə görüşünə çıxan komandanın hesabında 5 heç-heçə və 11 məğlubiyyət də var. 38 qol vuran “Zirə” 28 top buraxıb.

“Sepsi” ilə matçda hər iki qola Riçard Qadze imza atıb. Bununla da qanalı hücumçu “Zirə”nin beynəlxalq yoxlama görüşlərindəki vahid bombardiri olub.

2017-ci ilin yayında “Kolumbe Sportive” (Kamerun) üzərindəki 8:0 hesablı qələbəyə də dublla töhfə verən forvard ümumilikdə 4 dəfə fərqlənib.

Qadze Türkiyədə xarici klublarla matçlarda hərəyə iki qol vuran Aleksandr Dedov, Kervens Belfort, Luiz Alberto Diez, Mirsahib Abbasov, Orxan Əliyev, Şefik Tiqrudja, Təmkin Xəlilzadə və Vüsal İsgəndərlini arxada qoyub. Digər 18 qola “qartallar”ın hərəyə 1 dəfə fərqlənən 17 futbolçusu və öz qapısını nişan alan rəqib vurub.

Riçard “Zirə”nin Türkiyə toplanışlarında beynəlxalq matçda 3-cü dublunu rəsmiləşdirib. Bunlardan ikisi qanalının hesabındadır. Bir matçda iki qol vuran digər oyunçu Belfortdur ki, o da “Kolumbe Sportive”nin qapısına yol tapıb

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31