29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Ulduz" Çempionlar Liqasında iştirak edəcək

İtaliyanın Vigevano şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 21-dən 25-dək Çempionlar Liqasının oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, turnirdə ölkəmizi eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası təmsil edəcək.

Püşkün nəticəsinə görə, B qrupunda yer alan təmsilçimizin rəqibləri İtaliyanın “Potenza”, Danimarkanın “Vikinq” və İspaniyanın “Qranada” komandaları olacaq.

“Ulduz” yanvarın 21-də Bakı vaxtı ilə saat 15:00-də “Vikinq”, saat 20:00-da isə “Qranada”, yanvarın 22-də saat 14:00-da “Potenza” komandası ilə qarşılaşacaq. Həmin gün 1/8, ertəsi gün 1/4, yanvarın 24-də isə yarımfinal mərhələsinin oyunları keçiriləcək. Turnirin qalibi və üçüncü yerin sahibi yanvarın 25-də keçiriləcək oyunlarda müəyyənləşəcək.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31