29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”nin kapitanı: “Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik”

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın kapitanı Anar Nəzirov klubun saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Toplanış zamanı hər şey istədiyimiz kimi yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik. Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq”.

Təcrübəli qapıçı Macarıstanın MTK klubuna qarşı keçirilən ilk yoxlama oyununa da (0:3) toxunub: “Hazırlığın ilk hissəsini Bakıda keçirdik. Orda yükləmələr oldu. Bunun davamını Türkiyədə gerçəkləşdiririk. Artıq Antalyada ilk yoxlama matçını da keçirmişik. Düzdür, bu qarşılaşmada məğlub olduq. Lakin məşqçilərin də dediyi kimi istədiklərimizin bir hissəsini ala bildik. Hər iki hissədə fərqli heyət oynadığı üçün müəyyən səhvlərin olacağı gözlənilən idi. Buna baxmayaraq, var gücümüzlə, əzmlə çalışıb, məşqlərimizi davam etdiririk”.

Nəzirov mövsümün ikinci yarısında uğurlu çıxış etməyə kökləndiklərini və buna çalışdıqlarını bildirib: “Komandanın hazırlığına yeni gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdır. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31