19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”dən rəsmi açıqlama: Dario və Monroz toplanışda iştirak etmir

“Neftçi” təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, komanda Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində məskunlaşdığı otelin stadionunda bu gün məşqə çıxıb.

Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.

Qeyd edək ki, təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü - Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda - “Neftçi-2”nin heyətində davam etdirir.

Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), 24-ü isə “Desna” klubu ilə də üz-üzə gələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30